media-w_161772111792164449671_1200x630

Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli fevralın 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

ERAmedia xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Efiopiyanın Baş naziri Abiy Əhməd Əlini Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.


media-adspc

Bənzər xəbərlər