Əfsanəvi Şumaxer artıq yataq xəstəsi deyil
Yeddiqat “Formula-1” üzrə dünya çempionu Mixael Şumaxer artıq yataq xəstəsi deyil. O, tibb işçilərinin köməyi ilə əlil arabasında hərəkət edə bilir.
EREmedia xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti “məlumatlı mənbələrə” istinadla yazır.
Həmçinin Şumaxerin Mallorkadakı bir malikanədə yaşadığı, 24 saat tibbi nəzarət altında olduğu, ailəsindən başqa, onu ziyarət etmək üçün yalnız üç-dörd nəfərə icazə verildiyi, onların arasında keçmiş “Ferrari”nin idman direktoru Jan Todt da olduğu bildirilir.
57 yaşındadıkı Mixael Şumaxer karyerası ərzində “Jordan”, “Benetton”, “Ferrari” və “Mercedes” komandalarında sürücülük edib. Britaniyalı pilot Luis Hamiltonla birlikdə alman pilot ən çox “Formula-1” çempionluq titullarına sahibdir.
O, 2012-ci ildə yarışlardan təqaüdə çıxıb.
2013-cü ildə Mixael Şumaxer xizək sürərkən ağır kəllə-beyin travması alıb. Uzun müddət yataq xəstəsi olub və süni tənəffüs aparatına qoşulub.
Ural Dəyirmançı










