media-1777268238_6964c87baa7a26964c87baa7a317682126036964c87baa7a06964c87baa7a1

Görkəmli Azərbaycan şairi Əhməd Cavadın (1892–1937) anım günüdür.

ERAmedia xəbər verir ki, 1937-ci ildə şairə qarşı irəli sürülən saxta ittihamlar əsasında keçirilən məhkəmə prosesi cəmi 15 dəqiqə davam edib və oktyabrın 12-də onun barəsində hökm oxunub.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Əhməd Cavad repressiya dövrünün qurbanına çevrilib. O, yaradıcılığı, milli ruhu və azadlıq ideyalarını əks etdirən əsərləri ilə Azərbaycan ədəbiyyatı tarixində silinməz iz qoyub.

Şairin həyatı və taleyi XX əsrin repressiya siyasətinin Azərbaycan ziyalılarına vurduğu ağır zərbələrin simvolik nümunələrindən biri kimi xatırlanır.

Vüsalə


media-adspc

Bənzər xəbərlər