Əhməd İsmayılov: Azərbaycan Türk dövlətləri ilə media sahəsində əməkdaşlığı dərinləşdirməyə çalışır
Azərbaycan Türk dövlətləri ilə media sahəsində əməkdaşlığı dərinləşdirməyə çalışır.
ERAmedia xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Türk Dövlətləri Təşkilatının (TDT) Media və İnformasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında deyib.
O, qeyd edib ki, bugünkü tədbirdə iştirak Türk dünyasının media əməkdaşlığının gücləndirilməsinə xidmət edir.










