media-d3d9446802a44259755d38e6d163e820

Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev sosial şəbəkədə əkiz övladlarının şəklini paylaşıb.

ERAmedia xəbər verir ki, uşaqlardan biri oğlan, digəri qızdır.

Əkizlər bu il martın 26-da dünyaya gəlib. Bakı Sağlamlıq Mərkəzində vaxtından əvvəl doğulan körpələr bir müddət küvəzdə saxlanılmışdılar.

Ərturqut Əliyev oğluna Ərtuqay, qızına isə Aynaz adı qoyub.

Xatırladaq ki, Elçibəyin oğlu Ərturqut Əliyev 2021-ci ildə atasının qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızı Aytək Yusifli ilə ailə həyatı qurub.


media-adspc

Bənzər xəbərlər