media-8acfq5ddz0jtcgj8vqtwkycdq2f1pmvbkfqegj1g_1200
media-bant_master

“Ana Vətən Partiyasının bu gün keçirilən Qurultayında mən yeni sədr seçildim. Bununla bağlı əlimdə faktlar var”.

ERAmedia xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Ana Vətən Partiyasının sabiq sədri Fəzail Ağamalının oğlu Elçin Ağamalı bildirib.

O, Ana Vətən Partiyasının Qurultayında böyük səslə qalib gəldiyini deyib:

“Heç kim, hətta atam və deputat bacım belə mənim hüquqlarımı tapdalaya bilməz. Ana Vətən Partiyasının yeni sədri mənəm. Bununla bağlı sənədlər də hazırlanır və Ədliyyə Nazirliyinə təqdim olunacaq. Əgər atam və bacım Günay Ağamalı tərəfindən mənim legitimliyimi şübhə altına alacaq addımlar atılsa, o zaman onlarla bağlı Ədliyyə Nazirliyinə və məhkəməyə müraciət edəcəyəm”.


media-adspc

Bənzər xəbərlər