Elçin Mirzəbəyli Ağsu sakinlərini dinləyib
Milli Məclisin deputatı Elçin Mirzəbəyli növbəti vətəndaş qəbulunu keçirib.
ERAmedia xəbər bu barədə milliət vəkili öz sosial şəbəkə hesabında məlumat verib: “Öncədən müəyyən edilmiş qrafikə uyğun olaraq, növbəti vətəndaş qəbulunu Ağsu rayonun Ləngəbiz kənd məktəbinin binasında gerçəkləşdirdik. Vətəndaş qəbuluna Ləngəbiz və Qəşəd kəndlərinin sakinləri qatılmışdılar. Öncə hər iki kəndin sakinlərini narahat edən məsələləri İcra Hakimiyyətinin və İH nümayəndəlikləri təmsilçilərinin iştirakı ilə birlikdə müzakirə etdik. Daha sonra fərdi qaydada görüş üçün müraciət edən vətəndaşlarla bir araya gəldik. Müraciətlərdə yer alan problemlərin araşdırılması və həlli üçün ən qısa zamanda müvafiq hökumət qurumları qarşısında məsələ qaldırılacaq. Vətəndaş qəbuluna verdikləri təşkilati dəstəyə görə Ağsu rayon İcra Hakimiyyətinə, Ləngəbiz kəndi məktəbinə və təbii ki, fərdi problemlərdən daha çox hər kəsi narahat edən məsələlərə toxunduqarına görə Ləngəbiz və Qəşəd kəndlərinin sakinlərinə minnətdarlığımı bildirirəm”.