Elçin Mirzəbəyli Bakı "İdrak" Liseyinin qonağı olub - FOTO
Milli Məclisin deputatı, əməkdar jurnalist və yazıçı Elçin Mirzəbəyli Bakı “İdrak” Liseyinin qonağı olub.
ERAmedia xəbər verir ki, “Yaradıcılıq və mövqe” mövzusunda keçirilən görüşdə Elçin Mirzəbəyli öz yaradıcılıq yolu, həyat təcrübəsi və düşüncələri ilə şagirdlərlə səmimi şəkildə bölüşüb, maraqlı müzakirələr və fikir mübadiləsi aparılıb.
Görüş şagirdlərdə yaradıcılığa marağın artırılmasına və öz mövqelərini formalaşdırmalarına müsbət təsir göstərmişdir.










