Elçin Mirzəbəyli partiyadan gedib
Deputat Elçin Mirzəbəyli Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının üzvlüyündən xaric edilib. Onun müstəqil siyasi analitik kimi fəaliyyəti ilə bağlı istəyini nəzərə alaraq, belə bir qərar qəbul olunub.
ERAmedia Modern.az-a istinadən xəbər verir ki, ƏHD Partiyası parlamentdə iki deputatla təmsil olunur. Onlar partiyanın sədri Qüdrət Həsənquliyev və Elçin Mirzəbəylidir.
Elçin Mirzəbəylinin partiyadan çıxarılması barədə parlamentə rəsmi məlumat verildikdən sonra ƏHD-nin deputatlarının sayı birə enəcək.