media-1780572187_01kt8y028pdth91mdrdc6rtynt-large

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media Əlaqələri üzrə Meneceri Eldar Rəsulov yeni vəzifəyə təyin olunub.

ERAmedia xəbər verir ki, Eldar Rəsulov ölkənin dağ-mədən sənayesində fəaliyyət göstərən “AzerGold” QSC-də İctimaiyyətlə Əlaqələr, Marketinq və Korporativ Sosial Məsuliyyət şöbəsinin şöbə müdirinin müavini vəzifəsinə yeni təyinat alıb.

“Məmnuniyyətlə bildirirəm ki, peşəkar fəaliyyətimdə yeni bir mərhələyə qədəm qoyaraq ölkəmizin dağ-mədən sənayesində mühüm rol oynayan, qeyri-neft sektoru üzrə əsas ixracatçı dövlət şirkətləri sırasında ön sıralarda yer alan “AzerGold” QSC-də İctimaiyyətlə Əlaqələr, Marketinq və Korporativ Sosial Məsuliyyət şöbəsinin şöbə müdirinin müavini vəzifəsinə başlamışam”, – deyə o öz sosial şəbəkə hesabında yazıb.


media-adspc

Bənzər xəbərlər