media-17771060116005212742_1200x630

Hazırlıq dövründə oyunçulardan istədiyimizi alırıq.

ERAmedia xəbər verir ki, bu sözləri Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rui Jorje jurnalistlərə açıqlamasında deyib.

O, 2 həftəlik toplanışdan razı qaldığını bildirib: “Birinci toplanışda yoxlama oyunları keçirməməyimizə səbəb budur ki, futbolçuları yaxından tanıyaq. Onlar məşq prinsiplərimizi yaxşı mənimsəsinlər. Bu toplanışda bizim hansı səviyyədə olduğumuzu öyrənmək daha önəmli idi. Futbolçuların istəkli olmaları bizim fəlsəfəmizə uyğun gəlir. Hansı taktika ilə mübarizə aparacağımızı indidən demək olmaz. Amma hər kəs hücum futboluna daha çox üstünlük verir. Bu istiqamətdə getmək istəyirik. Bunun üçün çox məşq etməliyik”.

Baş məşqçi heyət seçimini necə etdiyini də açıqlayıb: “Bundan əvvəlki yaş kateqoriyalarının oyunlarına baxıb, ona uyğun seçim etmişik. Məndən əvvəl işləyən mütəxəssislər haqqında danışmaq düzgün olmaz. Elə komanda qurmaq istəyirəm ki, hər kəs fəxr etsin”.

Portuqaliyalı mütəxəssis ikinci toplanışda xarici komandalarla yoxlama matçları keçirəcəklərini qeyd edib.


media-adspc

Bənzər xəbərlər