Elektrik cərəyanı restoranda 4 nəfəri öldürüb
Bakıda restoranda 4 nəfəri elektrik cərəyanı vuraraq öldürüb.
ERAmedia xəbər verir ki, hadisə Binəqədi rayonunda yerləşən restoranda baş verib.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Müvafiq ekspertizalar təyin edilib, araşdırma aparılır.
Qeyd edək ki, hadisə barədə ilk məlumatı “qafqazinfo” saytı verib.









