media-17920859915757111695_1200x630

Oktyabrın 15-də Ələt qəsəbəsində Vətən müharibəsi şəhidi Əhmədov Cavanşir Xeyrulla oğlunun xatirəsi anılıb.

ERAmedia xəbər verir ki, Qaradağ Rayon İcra Hakimiyyətindən bildirilib ki, anım mərasimində rayon icra hakimiyyətinin başçısı Natiq Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin rəisi Bəxtiyar Hümbətov, Rayon İcra Hakimiyyəti aparatının vəzifəli şəxsləri və şəhid ailə üzvləri iştirak ediblər.

Əvvəlcə Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərin məzarı üzərinə gül dəstələri düzülüb və dualar oxunub. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə edib, qazanılan Qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.


media-adspc

Bənzər xəbərlər