Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Baş nazir Əli Əsədov Milli Qurtuluş Günü münasibətilə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.
ERAmedia-ya Nazirlər Kabinetindən bildirilib ki, Baş nazir müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ulu Öndəri Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyub.









