Elman İmamverdiyevə yeni vəzifə verildi
Şəki Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin olunub.
ERAmedia xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Usubov müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, birinci müavini vəzifəsinə Elman İmamverdiyev təyin edilib.
Qeyd edək ki, E.İmamverdiyev 1984-cü ildə Şəki şəhərində anadan olub. O, bu təyinatadək başçının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışıb.









