media-1791957393253485489_1200x630

Azərbaycan güləşçisi Elmir Əliyev ABŞ-nin Las-Veqas şəhərində keçirilən U-23 dünya çempionatında gümüş medal qazanıb.

ERAmedia xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda qazaxıstanlı Aybek Aytbekovla qarşılaşıb.

Rəqibinə 4:13 hesabı ilə uduzan Elmir Əliyev fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, dünya çempionatına oktyabrın 18-də yekun vurulacaq.


media-adspc

Bənzər xəbərlər