media-17818569075742428205_1200x630

Azərbaycan paraatleti Elvin Astanov Tunis Qran-Prisində gümüş medal qazanıb.

ERAmedia-ya Milli Paralimpiya Komitəsindən bildirilib ki, nüvəitələmə yarışında F53 kateqoriyasında mübarizə aparan idmançı 6.81 metr nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Qeyd edək ki, bundan əvvəl komandanın digər üzvləri Ömər Bozbaxov (F57), Oloxan Musayev (F55) və Rüfət Rəfiyev (F36) öz kateqoriyalarında gümüş medal qazanıblar. Samir Nəbiyev (F57) isə bürünc mükafata yiyələnib.


media-adspc

Bənzər xəbərlər