Elvin Cəfərquliyev təşəkkür edib - “Sizi çox sevirəm”
“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev komandanın heyətində yenidən meydana çıxması ilə bağlı paylaşım edib.
ERAmedia xəbər verir ki, müdafiəçi onu dəstəkləyən azarkeşlərə təşəkkürünü bildirib.
“Mənə göstərdiyiniz dəyər və dəstəyə görə sizə ürəkdən minnətdaram. Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Sizi çox sevirəm”, – futbolçu əlavə edib.










