Elxan Mikayılova yeni vəzifə verilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sabiq aparat rəhbəri Elxan Mikayılova yeni vəzifə verilib.
ERAmedia xəbər verir ki, o, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun əmri ilə “UNEC Ümumdünya Ticarət Təşkilatı (ÜTT) Beynəlxalq Tədqiqat Mərkəzi”nə rəhbər təyin edilib.
Xatırladaq ki, E.Mikayılov bir müddət əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri vəzifəsindən azad edilib










