media-k7q7v881qri9uqzfr3b6quyrftagdzrtq7mrckeb_825
media-bant_master

Əmək Məcəlləsinə “Məsafədən (distant) iş” anlayışı əlavə edilir.

ERAmedia xəbər verir ki, bununla bağlı təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub.

Sənəddə vurğulanıb ki, prioritet istiqamət olaraq işçilərin əmək funksiyalarının distant iş formasında yerinə yetirilməsi sahəsi üzrə qanunvericiliyin formalaşdırılması müəyyən etmək, bu xüsusda işçilərin distant iş formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsasının yaradılmasını təmin etmək məqsədilə Məcəllənin 3-cü maddəsinə “Məsafədən (distant) iş” anlayışı gətirilib.

Qeyd edilib ki, Əmək Məcəlləsi işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını öz evində, habelə məsafədən (distant) iş formasında yerinə yetirən işçilərə də şamil edilir.


media-adspc

Bənzər xəbərlər