media-77201b4f-0996-4d8f-9663-ed86f816dbf8
media-bant_master

Tibb elmləri namizədi Rəşid Mahmudov Əməkdar artist Elza Seyidcahanla bağlı qalmaqallı açıqlama verib.

Həkim verilişlərin birində bəstəkar-müğənnini dəli adlandırıb: “Elza Seyidcahanda dəlilik əlamətləri, özünü böyütmək ideyaları var. Kimdə özünü böyütmək ideyası varsa, bu şizofreniyanın manyakal formasıdır”.

ERAmedia xəbər verir ki, Əməkdar artist Elza Seyidcahan qaynarinfo-ya açıqlamasında həmişə hədəf olduğunu bildirib:

“Adamlar qaranlıqda işıq axtarır. Mən də yəqin onlar üçün hədəfəm. İşıq olaraq məni görürlər”.

Rəşid Mahmudovun “Elza Seyidcahanda dəlilik əlamətləri, bu şizofreniyanın manyakal formasıdır” fikrincə gəlincə, sənətçinin cavabı berlə olub: “Dəli olum, amma qaranlıqdan baxanlara işıq olum. Axı Elza Seyidcahan öncədən hər şeyi zərgər dəqiqliyində şeirlərinin vasitəsi ilə deyib. Onlara büsbütün “Tikim”, “Sapım” şeirlərində cavab var. Çox diqqətlə, yaxş-yaxşı oxusunlar. Onlar özləri özlərini təhqir edirlər. Məni isə… “Aşılanıram”, yəqin Allah məni daha yüksək, şərəfli rəflərə hazırlayır. “Tikin məni qūbbələrdə”.


media-adspc

Bənzər xəbərlər