media-ads-728x90
media-543109626_9723649731070610_5512979684397824539_n
media-ads-728x90
İsmayıllı Rayon İcra Hakimiyyətində Əməkdar müəllim Qalib Zakir oğlu Bəşirovun 70 illik yubileyi münasibətilə görüş keçirilib.
ERAmedia xəbər verir ki,  görüşdə qocaman təhsil fədaisinin rayonun təhsil sahəsində əldə etdiyi uğurlarda xüsusi əməyindən və yüksək idarəetmə qabiliyyətinin olması haqqında xatirələrdən bəhs olunub. Əməkdar müəllimin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi yubiley medalı ilə təltif edildiyi də xatırlanıb. Ona uzun ömür və bundan sonrakı fəaliyyətində uğurlar arzulanıb.
Qeyd edək ki, Qalib Bəşirov 1986-ci ildən İsmayıllı şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbində direktor vəzifəsində çalışıb.

media-ads-728x90

Bənzər xəbərlər