media-qulluqcu

Azərbaycanda saatlıq əməkhaqqı modelinin tətbiqi istiqamətində işlər aparılır.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə deyib.

O həmçinin qeyd edib ki, bərabər əməkhaqqı və uşaq hüquqlarının qorunması istiqamətində yeni islahatlar üzərində işlər həyata keçirilir.

Nazir xatırladıb ki, müxtəlif illərdə əmək qanunvericiliyinə xeyli dəyişikliklər edilib.


media-adspc

Bənzər xəbərlər