media-1787075267499414619_1200x630

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.

ERAmedia xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 55, 67, 72 və 97 kiloqramda medalçılar müəyyənləşib.

Emin Cavadlı (55 kiloqram) bürünc medal uğrunda yaponiyalı Hiro Sakamotoyla qarşılaşıb. Rəqibinə heç bir şans tanımayan həmyerlimiz tam üstünlüklə (11:1) qalib gələrək, dünya üçüncüsü olub.

Bununla da, millinin dünya çempionatında qazandığı medalların sayı 3-ə çatıb.

Xatırladaq ki, ötən gün Cavidan Nehmətov (77 kiloqram) gümüş, Tural Əhmədov (63 kiloqram) isə bürünc medal əldə edib.


media-adspc

Bənzər xəbərlər