media-img_7732

Ağır xərçəng xəstəliyinə görə 1 il təhsilindən uzaq qalan Kimya və biologiya təmayüllü Respublika Liseyinin 9-cu sinif şagirdi Emin Mustafazadə həm xəstəliyə qalib gəlib, həm də Olimpiada da qızıl medal qazanıb.

ERAmedia xəbər verir ki, bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb.

Belə ki, Emin Mustafazadə 8-ci sinifdə Respublika Fənn Olimpiadasının qızıl medalçısı olub. Sonra o, xərçəng xəstəliyinə görə 1 il təhsilindən uzaq qalıb və böyük mübarizələr aparıb.

Emin bu günlərdə  9-cu sinif üzrə Respublika Fənn Olimpiadasında kimya fənni üzrə ölkə birincisi olub.

O, həmçinin 7-ci sinifdə Respublika Fənn Müsabiqəsindən də qızıl medal qazanıb.


media-adspc

Bənzər xəbərlər