Ən qədim universitetlər - İbrahim Nəbioğlu yazır...
Dünyanın ən qədim universitetlərinin siyahısını paylaşmışdım. Bəzi dostlar:
“Filan universitet niyə bu siyahıda yer almadı?” – deyə etiraz etdilər. Hətta top-
100-ə düşməli olan ali məktəblərin adını verdilər. Ancaq bu qəbildən təklif olu-
nan bütün sıralamalar hər zaman natamam qalır, ideal olmur, fikir ayrılıqlarına
səbəbiyyət verir. Xeyli keçəndən sonra mövzu qapandı deyə düşündüm…
Sonra qarşıma yeni bir siyahı – nüfuzlu Oksford Universiteti tərəfindən tərtib
edilmiş dünyanın ən qədim universitetlərinin sıralaması çıxdı. Buradakı ilk beş-
lik belə idi (mötərizədə quruluş ili verilib):
1. əz-Zaytuna Universiteti, Tunis (737)
2. Mərakeş Universiteti (859)
3. əl-Əzhər Şərif, Misir (972)
4. Bolonya Universiteti (1088)
5. Oksford Universiteti (1096)
Buradan çıxan nəticələr təbii qəbul edilməlidir – İslam maarif mənbəyidir,
elmə önəm verir və sairə. Bunları hər kəs bilir, qəbul edir. Ancaq burada başqa
məqamlar da var. Çalışacağam fikrimi fərqli məallara macal vermədən korrekt
şəkildə ifadə edim…
Qədim olduğu deyilən ilk üç təhsil ocağı məscidlərin nəzdindəki məktəblərdən
başqa bir şey deyildi, yəni onlara dini məktəb, yaxud mədrəsə deyilsəydi, daha
doğru olardı. Bu məktəblərdə şagirdlərə ancaq oxuyub-yazmaq və Quran öyrə-
dirdilər. Təhsil bunlarla məhdudlaşırdı.
Kimsə qalxıb “Quran elə elmdir” deyə tavtologiyaya meyil etməsin. Söhbət
cəbr, həndəsə və astronomiyanın tədrisindən gedir, müqəddəs kitabın içindəki
dərin hikmət və fəlsəfədən deyil. Zatən sıravi mömin Qurani-Kərimi yorumla-
maqda acizdir.
Müqayisə etmək istəməzdim. Amma…
Romada tam təşkilatlı universitet imperator Adrian (76-138) dövründə açıldı.
135-ci ildə – ərəblərin kədərli nəğmələr oxuyub, bütlərə sitayiş etdiyi vaxtlarda
“Roma Ateniumu” yaranmışdı.
“Atenium”da ritorika, məntiq, fəlsəfə
və hüquq öyrədirdilər.
İmperator Böyük Konstantinin dövründə Atenium (Athenaeum) Konstantinopolda
da quruldu.
855-ci ildə Atenium Maqnavar Universitetinə çevrildi.
Maqnavar universitet olaraq, həqiqətən də, Avropanın ən qədimidir. Bolonya və
digər Avropa universitetləri də Maqnavar modeli əsasında yaradılıb.
Mədrəsələr də tədris edilən fənlərin sayını tədricən artırdı, teologiyadan tibb və
astronomiyaya da keçdilər. Ancaq Avropadan çox-çox sonra…
O halda Oksford Universitetinin belə bir siyahı tutmaqda məqsədi nə ola bilər?
“Yəni ingilislər avrosentrizmdən oriyentalizməmi keçirlər yoxsa?” – təbəssümlə
düşündüm.
Belə bir oriyentalizm həvəsində Britaniya kral ailəsi ilə Məhəmməd peyğəmbər
arasında qohumluq axtarışı kimi maraqlı məqamları xatırlarsaq, ağlımıza gələn
fantaziyaların sayı çoxalmazmı?
Bəlkə, Böyük Britaniyanın İslam dünyası ilə “flört etməsi”ni Londonun Avrasiya
ambisiyalarına yozaq?
Mənə qalsa, yozmaq istərdim. Çünki London Avropa İttifaqı “buxovu”ndan qur-
tulandan bəri Şərqin yeni perspektivini – Sem dayının toxuya bilmədiyi xalını
filiqran bir texnika ilə ilgək-ilgək “toxumağ”a başlayıb…
9 sentyabr 2023
——–
Əziz dostlar, 3 il əvvəl yazdığım bu məqaləni indi yenidən paylaşmaq istədim (Yazını “Gələcək çox tez gələcək” kitabıma da salmışam).









