media-cd65df9bc874bb09d436e85b376cdcf3

ABŞ-nin MLS müntəzəm çempionatında kameralar əvəzinə “iPhone” smartfonlarından istifadə olunmaqla ilk rəsmi yayım həyata keçiriləcək.

ERAmedia Sport24.ru-ya istinadən xəbər verir ki, eksperiment mayın 24-də çempionatın müntəzəm mövsümü çərçivəsində keçiriləcək “Los-Anceles Qalaksi” – “Hyuston Dinamo” qarşılaşması zamanı baş tutacaq.

Canlı yayımın yüksək keyfiyyətdə təmin olunması üçün stadionun müxtəlif nöqtələrində ümumilikdə 15 ədəd “iPhone 17 Pro” modeli yerləşdiriləcək.

Qeyd edək ki, ABŞ-də MLS oyunlarının rəsmi və eksklüziv yayımları birbaşa “Apple TV” striminq xidməti vasitəsilə azarkeşlərə təqdim olunur.

Bundan əvvəl analoji yayım formatı ABŞ-nin peşəkar beysbol liqası olan MLB (Major League Baseball) oyunlarının yayımı zamanı da tətbiq olunub.


media-adspc

Bənzər xəbərlər