media-1314267-4

ABŞ-ın Baş prokuroru Pam Bondi qalmaqallı maliyyəçi Ceffri Epşteynin işi üzrə materiallarda adı hallanan 300-dən çox siyasətçi və tanınmış şəxsin adını açıqlayıb.

ERAmedia xəbər verir ki, siyahıya ölkənin sabiq prezidentləri Bill Klinton, Barak Obama, Co Bayden, keçmiş vitse-prezident Kamala Harris və dövlət katibi Hillari Klinton, Böyük Britaniya şahzadəsi Harri, multimilyarderlər Bill Qeyts və Mark Zukerberq, musiqiçilər Bono və Beyons, kinorejissor Vudi Allen də daxil edilib.

Bondi qeyd edib ki, siyahıya dövlət vəzifəsi tutan və ya tutmuş, yaxud siyasi baxımdan əhəmiyyətli fiqur sayılan və açıqlanan rəsmi materiallarda adı ən azı bir dəfə keçən bütün şəxslər daxil edilib.

Vural


media-adspc

Bənzər xəbərlər