ERAmedia.az İnformasiya Portalı 1 yaşını qeyd edir
Bu gün ERAmedia.az İnformasiya Portalının 1 yaşı tamam olur.
ERAmedia xəbər verir ki, ötən ilin bu günü fəaliyyətə başlayan saytımız ölkədə və dünyada baş verən ən vacib xəbərləri devizimizə uyğun olaraq – Etibarlı, Rəsmi, Aktual olaraq dəyərli oxucularımıza təqdim edir.
Operativ, obyektiv və qərəzsiz, ən əsası xəbərin doğru ünvanı olmağa çalışdıq.
Əhatəli araşdırma yazıları və dezinformasiya xarakterli başlıqlardan uzaq xəbərlərimizlə, eyni zamanda cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videomateriallar ilə hər gün Sizinləyik.
Qürur və fərəh hissi ilə deyə bilərik ki, 1 yaşlı İnformasiya Portalımız – ERAmedia.az bu gün artıq etibarlı informasiya mənbəyi və ictimai rəyin formalaşmasında iştirak edən media yayımı kimi tanınır. 1 yaşını tamamlayan kollektivimizi ürəkdən təbrik edir və yeni-yeni uğurlar arzulayırıq.
Etibarlı, Rəsmi, Aktual informasiyanın yeni erası – www.eramedia.az











