"Yurdum, yuvam məskənimsən" - FOTOLAR
Azərbaycanın təbiəti çox gözəl və rəngarəngdir. Elə bu səbəbdən də ölkəmizə gələn qonaqların sayı günbəgün artmaqdadır. Vətənimizin əlverişli təbii-coğraf mühiti haqqında oxucularımızı və ölkəmizə gələn qonaqları məlumatlandırmaq üçün ERAmedia bu gündən “Yurdum, yuvam məskənimsən” adlı yeni foto layihəni oxuculara təqdim edir.
Oxucularımız və ölkəmizə gələn qonaqlar rubrikada gedən fotolar vasitəsilə vətənimizin zəngin təbii sərvətlərini – başıqarlı dağlarını, geniş yaşıl düzənliklərini, şəlalələrini, çaylarını, göllərini, buz bulaqlarını izləyəcək, eyni zamanda, tarixi abidələri, mətbəxi, mədəniyyəti ilə bağlı maraqlı faktlarla tanış olacaqlar.
Bu gün sizə təqdim edəcəyimiz fotolar Yardımlı rayonunda yerləş “Tək dam” şəlaləsindən çəkilib…
Bizi iizləməkdə davam edin…