media-1778755393559635395_1200x630

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türküstanın mənəvi müəllimi Xoca Əhməd Yəsəvinin adını daşıyan xüsusi ordenin ilk laureatı olub.

ERAmedia Akordaya istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu ordeni Türkiyə liderinə təqdim edib.

Rəcəb Tayyib Ərdoğan deyib: “Bu ordeni Türkiyə Respublikasına və türk xalqına dərin hörmətinizin əlaməti olaraq qəbul edirəm”.

Türkiyə Prezidenti iki ölkə arasında qardaşlığın möhkəmləndirilməsinə yönəlmiş siyasətinə görə Kasım-Jomart Tokayevə təşəkkür edib.


media-adspc

Bənzər xəbərlər