Ərdoğan iki naziri işdən çıxardı – Yeni TƏYİNAT
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin daxili işlər naziri Ali Yerlikayanı və ədliyyə naziri Yılmaz Tunçu vəzifədən azad edib.
ERAmedia xəbər verir ki, bu barədə Türkiyənin Rəsmi Qəzeti (Resmî Gazete) məlumat yayıb.
Məlumata əsasən, Türkiyənin yeni ədliyyə naziri vəzifəsinə İstanbulun baş prokuroru Akın Gürlek təyin olunub. Daxili işlər naziri postuna isə Ərzurum valisi Mustafa Çiftçi gətirilib.
Vural









