Ərdoğan İlham Əliyevə zəng edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb.
ERAmedia xəbər verir ki, danışıq zamanı Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Rəcəb Tayyib Ərdoğan Türkiyə və Azərbaycanın qardaşlıq münasibətlərindən güc alaraq əməkdaşlığı daha yüksək səviyyəyə çatdıracağını bildirib.
Türkiyə Prezidenti Azərbaycan liderini Ankarada keçiriləcək TDT Zirvəsinə dəvət edib.









