media-videoedited
media-veluvswm0glpglef37p28xfv8wrjnlyslups0ny3_1200
media-shehidler_olmez_baner_full

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) qurulması ilə bağlı Naxçıvan anlaşmasının 16-cı ildönümü, Türk Dövlətləri Əməkdaşlığı Günü münasibətilə təbrik mesajı ünvanlayıb.

ERAmedia xəbər verir ki, O, bu barədə özünün “X” hesabında paylaşım edib. “Dildə, fikirdə, işdə birlik şüarımızın ən önəmli simvollarından biri olan Türk Dövlətləri Təşkilatımızın qurulmasını təmin edən Naxçıvan Anlaşmasının 16-cı ildönümü ilə ortaq anma günümüz Türk Dövlətləri Əməkdaşlığı Gününü təbrik edirəm.

Qədim tarixi təcrübəmizlə yüksələn bu mənalı günün birlik və həmrəylik ruhumuzu gücləndirməsini və ölkələrimiz arasındakı əlaqələrin hər sahədə inkişafına töhfə verməsini arzu edirəm. Ortaq gələcəyimiz parlaq, əməkdaşlığımız daimi olsun”, – Ərdoğan qeyd edib.

media-558226762_1343893700439013_5124213862301749302_n


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər