media-d3630410176234558069216160910002464

ABŞ-ın İrana mümkün zərbəsi ətrafında yaranmış vəziyyət bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək Nazirlər Kabinetinin iclasında müzakirə olunacaq.

ERAmedia xəbər verir ki, bu barədə RİA Novosti-yə Türkiyənin diplomatik mənbəsi məlumat verib.

Mənbənin sözlərinə görə, Nazirlər Kabinetinin iclasında ABŞ-ın İrana zərbə endirməklə bağlı təhdidləri, eləcə də regionda baş verən son hadisələr gündəmə gətiriləcək. İclasda Türkiyənin hərbi müdaxiləyə qarşı çıxan, diplomatiya və dialoqu dəstəkləyən mövqeyi bir daha vurğulanacaq.

Diplomatik mənbə bildirib ki, bu kontekstdə nazirlər İranın xarici işlər naziri Abbas Əraqçının ötən həftəsonu İstanbula etdiyi səfərin nəticələrini, onun Türkiyənin xarici işlər naziri Hakan Fidan və prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşləri, həmçinin Ərdoğanın ABŞ və İran prezidentləri ilə apardığı telefon danışıqlarını nəzərdən keçirəcəklər.

Xatırladaq ki, daha əvvəl “Axios” portalı mənbələrə istinadən xəbər vermişdi ki, Türkiyə, Misir və Qətər ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə İranın yüksək vəzifəli nümayəndələri arasında gələn həftə Ankarada mümkün görüşün təşkili üzərində işləyirlər. Bununla belə, Türkiyə paytaxtındakı mənbə RİA Novosti-yə bildirib ki, Türkiyə tərəfinin Uitkoff ilə İran nümayəndələri arasında Ankarada mümkün görüşün hazırlanması ilə bağlı konkret məlumatı yoxdur.

Vüsalə


media-adspc

Bənzər xəbərlər