media-videoedited
media-557147093_1348242326670817_4219473901675876420_n
media-shehidler_olmez_baner_full

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi olmayan nəticələrə görə Şimali Kipr Türk Cumhuriyyətinin prezidenti seçilən Tufan Erhürmanı təbrik edib.

ERAmedia xəbər verir ki, Ərdoğan paylaşımında bundan sonra da Şimali Kipr Türk Cumhuriyyətinə dəstək verməyə davam edəcəyini vurğulayıb: “Bu gün Şimali Kipr Türk Cümhuriyyətində keçirilən seçkilərdə rəsmi olmayan nəticələrə görə Prezident seçilən cənab Tufan Erhürmanı təbrik edirəm. Şimali Kipr Türk Cümhuriyyətinin sahib olduğu demokratik yetkinliyi bir daha göstərən, Kipr türkü qardaşlarımızın iradəsini sandığa əks etdirdiyi bu seçkinin ölkələrimiz və bölgəmiz üçün xeyirli olmasını arzulayıram.Türkiyə olaraq, Şimali Kipr Türk Cümhuriyyətinin suverenlik hüquqlarını və maraqlarını Kipr türkü qardaşlarımızla birlikdə hər cür platformada müdafiə etməyə davam edəcəyik”.


media-adspc

Bənzər xəbərlər