Ərdoğanın Milli Qurtuluş Günü münasibətilə PAYLAŞIMI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edib.
ERAmedia xəbər verir ki, Türkiyənin dövlət başçısı bununla bağlı paylaşım edib.
“Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. “Bir millət, iki dövlət” kəlamının ruhunda bizi birləşdirən ürək birliyi ilə bağlı olduğumuz azərbaycanlı bacı və qardaşlarımıza Türkiyədən salam və sevgilərimi çatdırıram”, – deyə dövlətlərin adlarının ilk hərflərindən ibarət TRAZ abreviaturası ilə müşayiət olunan paylaşımda bildirilib.











