Erməni deputatlar İstanbula səfər edəcək
Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İstanbul şəhərinə səfər edəcək.
ERAmedia Ermənistan mətbuatına istinadən xəbər verir ki, səfərin məqsədi Parlamentlərarası İttifaqın 152-ci sessiyasında iştirak etməkdir.
Məlumata görə, səfər 16–19 aprel tarixlərini əhatə edəcək.
Nümayəndə heyətinin tərkibinə Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sarkis Xandanyan, Maliyyə-kredit və büdcə məsələləri üzrə daimi komissiyanın sədri Tsovinar Vardanyan, həmçinin hakim “Vətəndaş Müqaviləsi” partiyasından deputat Asmık Akopyan daxildir.
Vüsalə










