media-milael_mikaelyan

Erməni xizəkçi Mikael Mikaelyan “Tour de Ski” yarışı zamanı xizək kostyumunun üzərində “Azərbaycan” (turnirin sponsorluğu) sözlərini lentlə örtdüyünə görə Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) tərəfindən cərimələnib. 

ERAmedia xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat dərc edib.

Hadisə İtaliyanın Toblax şəhərində keçirilən yarışların birində baş verib. “Tour de Ski”də xizək geyimlərində Azərbaycan reklamı ilə yanaşı, ölkənin adı olan böyük reklam lövhələri də nümayiş etdirilib.

Mikaelyanın cəriməsinin məbləği açıqlanmayıb.


media-adspc

Bənzər xəbərlər