media-12
media-bant_master

media-hq720-1

“Bütün ermənilərin Ali Patriarx və katolikosu adını daşıyan, o adı əldən verməmək üçün Müqəddəs Məryəmin oğlunun özü ilə “haqq müharibəsinə” girməyə hazır olan Ktriç Nersisyan (hələlik II Qaregin adını daşıyır) sədrliyində Müqəddəs Məryəmin Doğum Katedralında bazar günü səhər ibadəti mərasimi keçirilib.

Xatırladaq ki, Liturgiya, möminlərin Tanrı ilə birliklərini simvolizə edən, Məsihin Bədəni və Qanından qəbul edilən mərkəzi bir ayindir.

İbadəti Aragatsotn yeparxiyasının İnzibati Şurasının sədri, “Onun Mərhəmət Atası” Şnork Paloyan aparıb.

Bu fikirləri Ermənistanda mövcud ictimai-siyasi gündəmi ERAmedia-ya şərh edən Regional məsələlər üzrə ekspert Firuz Novruzov bildirib.

Onun sözlərinə görə: “Müqəddəs mərasimdə Erməni Kilsəsinin yeparxiya rəhbərliyi, Eçmiədzin Ana Taxtının icma üzvləri, Şirak, Tavuş və Araqatsotn yeparxiyalarının ruhaniləri, müxtəlif yeparxiyalardan olan erməni zəvvarlar və ictimai-siyasi xadimlərin  iştirak etdiyi ayin Uca Allaha deyil, kilsənin “kafir” elan etdiyi Paşinyan və onun komandasına siyasi mesajlar ilə yadda qaldı.

Xütbə, Ata Şnorkin dindarlara müraciəti, “qanunsuz həbsdə olan arxiyepiskoplar” Mixail və Baqrat, yepiskop Mkrtiç, keşiş Qaregin, rusiyalı milyarder Samvel Karapetyan və eləcə də “Bakıda saxlanılan məhbusların azadlığa buraxılmasına görə” dua etmək üçün Məsihin Doğum Katedralında toplaşdıqlarını vurğulaması ilə başlayıb: “Hamımız bilirik ki, bu gün Müqəddəs Apostol Kilsəmizi yalançı, alternativ bir kilsə ilə əvəz etmək, hər şeyin öz yalançı haqqı və uydurma qaydaları olan Kilsənin karikaturasını yaratmaq cəhdləri edilir. Və aydındır ki, Tanrı orada yaşaya bilməz”.

Hə, elə, belə də deyib və o fikrin tərcüməsi isə təxminən belə səslənə bilər: “Biz nəinki Tanrı adından danışmağı, heç Rubiklə Serjikin əvəzinə ölkəyə rəhbərlik etməyi də kimsəyə etibar edə bilmərik!”.

Erməni Apostol Kİlsəsi Kitriç Nersisyanın (hələ ki, II Qareginin) şəxsində erməni xalqının hətta 44 günlük ağır məğlubiyyətdən sonra böyük əksəriyyətin səs verdiyi hazıdki iqtidara müharibə elan edir: “Əks təqdirdə, Dədəvəng monastr kompleksinin keçmiş rahibi Hovanes Hovanesyan kimi “Kalaşnikov”la silahlanacağıq”.

 


media-adspc

Bənzər xəbərlər