media-videoedited
media-media-alen-simonyan-i8okf6
media-shehidler_olmez_baner_full

Ermənistan parlamentinin sədri Alen Simonyan erməni məhbusların azad edilməsindən sonra Azərbaycana səfər etməyə hazır olduğunu bəyan edib.

ERAmedia xəbər verir ki, Simonyan bu barədə jurnalistlərə deyib.

“Onlar gələ bilər, biz baş çəkə bilərik, mən də baş çəkə bilərəm. Amma ona qədər həll edilməli olan məsələlər var, məsələn, məhbus məsələsi. Orada dustaqlar, məhbuslar olduğu halda, mənim Azərbaycana səfərimi necə təsəvvür edə bilərsiniz?” o, bildirib.

Simonyan həmçinin Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşünü müsbət qiymətləndirib və Azərbaycan tərəfinin də sülh arzuladığını qeyd edib.


media-adspc

Bənzər xəbərlər