media-031e68a5-48cc-49bc-9275-4be70ec6463d

1900-cü illərin əvvəllərindən başlayaraq “Daşnaksutyun”, “Hnçak” kimi təşkilatlar kilsəni tamamilə öz siyasi maraqlarına tabe etmək istəyirdilər. Onlara tabe olmayan, kilsənin siyasi terror mərkəzinə çevrilməsinə qarşı çıxan və ya Osmanlı və Rusiya dövlətləri ilə mülayim münasibətlərin tərəfdarı olan keşişlər “xain” elan edilir və öldürülürdü. Məsələn, 1933-cü ildə yepiskop Levon Turyan erməni terrorçuları ilə əməkdaşlıq etmək istəmədiyi üçün Nyu-Yorkda kilsədə ayin icra edərkən ermənilər tərəfindən bıçaqlanaraq öldürülmüşdür.

Belə şəxslərdən biri də Osmanlı dövləti dövründə erməni kilsəsinin keşişi olmuş Stefan Yarbuezelyandır. Antakya qəzasının Süveydiyə nahiyəsinə bağlı Yoğunoluk kəndində kilsə keşişi olan Stefan Yarbuezelyan bölgədə yaşayan erməniləri daşnaklardan qorumaq üçün altı il fəaliyyət göstərmiş, yerli erməniləri terrordan uzaq tutmağa çalışmışdır. Lakin erməni kilsəsi rəhbərlərinin onu təqib etməsi səbəbindən Stefan Yarbuezelyan Amerika Birləşmiş Ştatlarına köçməyə məcbur olur.

Onun həyatına burada bir neçə dəfə sui-qəsd törədilir, ermənilər onu yaşadığı məhəllədən qovur, 14 yaşlı qızını isə əlindən alırlar. Nyu-Yorkda qaldığı müddətdə 50-dən çox erməninin hücumuna məruz qalır. Kiprdən Lord adlı Hnçak üzvü onu öldürmək məqsədilə Amerikaya gəlir və Antepli Kazancıyan adlı bir rahiblə birlikdə onun qaldığı evə hücum edirlər. Bu həmin Lorddur ki, Osmanlı sultanı II Əbdülhəmidə qarşı sui-qəsd hazırlamaq və dövlət əleyhinə fəaliyyətləri koordinasiya etmək məqsədilə Amerikaya göndərilmişdi (Başbakanlıq Osmanlı Arxivi, Y.MTV, 213 saylı sənəd).

Amerikada kilsələrdə onun barəsində hər gün lənətlər oxunur, təhqiredici ifadələr işlədilirdi. Daha sonra Hnçak təşkilatından külli miqdarda pul alan yerli hüquq-mühafizə orqanları onu həbs edirlər. On beş il həbsxanada saxlanıldığı müddətdə müxtəlif təzyiqlərə məruz qalmasına baxmayaraq, erməni terrorunu və daşnak prinsiplərini qəbul etməyən Stefan Yarbuezelyan 15 mart 1900-cü ildə Kentukki həbsxanasından Osmanlı dövlətinə məktub yazaraq erməni komitələrinin iç üzünü ifşa edir.

Bu məktub hazırda Türkiyədə Baş Nazirlik yanında Osmanlı Arxivində Y.MTV kodu ilə 213 saylı sənəd kimi saxlanılır.

Stefan Yarbuezelyan məktubunda həyatını qorumaq üçün Kiprə getdiyi zaman erməni terrorunun orada da onu izlədiyini yazır və qeyd edir ki, Afinada nəşr olunan bir erməni qəzeti onu guya islamı qəbul edərək Osmanlı agentinə çevrilməkdə, ermənilərin düşməni olan türk podpolkovniki Əli bəy Şahinlə yaxınlıq etməkdə və 40 erməninin asılmasında ittiham etmişdir. Xarakterinə görə Hnçak ermənilərini ikiüzlü və riyakar adlandıran keşiş Yarbuezelyan onu terrorçu ermənilərdən xilas etməsi üçün Osmanlı sultanına müraciət edir.

Stefan məktubunda bildirir ki, erməni komitələri sadə erməni xalqını “müstəqillik” və “azadlıq” vədləri ilə aldadaraq onları dövlətə qarşı üsyana təşviq edirlər. O, kilsələrin və keşişlərin bu məqsədlə necə istifadə edildiyini, silahların kilsələrdə gizlədildiyini və itaət etməyən ermənilərin həmin komitələr tərəfindən necə qətlə yetirildiyini qeyd edir.

Bu məktubun məzmunu yayıldıqdan sonra erməni radikal qrupları onu “millət xaini” elan edirlər. Nəticədə erməni terrorçuları onu dua etdiyi kilsənin yaxınlığında ağır yaralayır, onun ağrılar içində ölməsinə tamaşa edərək hadisə yerindən uzaqlaşırlar.

Zaur Əliyev


media-adspc

Bənzər xəbərlər