Ermənilərdən növbəti hərbi cinayət: Qarabağdan nadir arxeoloji eksponatı oğurlayıblar - FOTO
2019-cu ildə ermənilər Qarabağda qanunsuz arxeoloji qazıntılar zamanı yaşı təxminən 3000-2500 il əvvələ gedib çıxan tunc dövrünə aid bu heykəli oğurlayıb aparıblar. Bu gün erməni “alimləri” bu heykələ yüzlərlə saxta tarix yapışdırmağa cəhd edirlər. Gah onu Tiqrana, gah “qədim” Ermənistana və sairəyə bağlamaq üçün məqalələr yazırlar. Lakin heç biri tutarlı və dəqiq fakt ortaya qoya bilmirlər. Çünki bu coğrafiyada ermənilərə aid qədim heç nə yoxdur deyə istinadla yanaşı, onun laborator analizini belə etməyə çəkinirlər.

Bunu ERAmedia-ya açıqlamasında tarix üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev bildirib.
Onun sözlərinə görə, fiqurun əlində qalxan və gürz tutması onun bir döyüşçünü təmsil etdiyini göstərir.
“Bu cür heykəl fiqurları “antropomorfik fiqurlar” adlanır. Sol əldəki qalxan o dövrün müdafiə taktikasını göstərir. Qalxan çox vaxt günəş simvolu kimi də qəbul edilirdi. Sağ əldəki gürz və ya toppuz gücü, hakimiyyəti və ilahi qüdrəti təmsil edirdi. Bu cürə simvollar isə heç bir erməni tarixində olmayıb. Çünki onların inanc sistemi Azərbaycan coğrafiyasında yaşayan aborigen türk, talış və Şahdağ xalqlarına əsla bənzəmir”, – deyə o əlavə edib.
Tarixçi qeyd edib ki, Azərbaycanın Gədəbəy, Daşkəsən və Qarabağ bölgələrində aparılan qazıntılar zamanı (Xocalı-Gədəbəy mədəniyyəti) buna çox bənzər tunc insan və heyvan fiqurlarının tapılması Çar Rusiyası, Sovetlər dövründə və müstəqillik illərində alimlər tərəfindən təsdiq edilib:
“Azərbaycan heykəltaraşlığı öz mənşəyinə görə bir çox tarixi, bədii yaradıcılıq ənənələrinə bağlıdır ki,bunların da kökləri orta daş dövrünə aid Qobustan qəbilələrinə gedib çıxır ki, onların yaratdıqları qaya təsvirləri bu sahədə ilknümunələr sayıla bilər.
Qədim insanlar inanırdılar ki, bu cür kiçik heykəllər döyüş zamanı onları ruhən qoruyur. Şəkildəki qalxan və silah Azərbaycanın qədim qayaüstü rəsmlərində, Qobustan və Gəmiqayada rast gəlinən silahlı insan təsvirləri ilə ideoloji cəhətdən üst-üstə düşür.
Şəkildəki fiqur “Qafqaz tunc sənəti” ailəsinə daxildir. Bu sənət növü Azərbaycandan keçərək həm şimala, həm də cənuba yayılmışdır. Ona görə də bu fiqurun Qarabağda tapılması Azərbaycan mədəniyyətinin bir hissəsi olmasını bir daha təsdiq edir”.
Z.Əliyev vurğulayıb ki, Qarabağda tapılan bu cürə yüzlərlə nümunələrı oğurlamaqla “qədim erməni sənəti” kimi təqdim etməklə, öz tarixlərini süni şəkildə min illərlə geriyə çəkməyə çalışırlar.
“Bəllidir ki, arxeologiya sahəsində tapılan hər bir qədim eksponat tarix və siyasətdə güclü silahdır.
Ermənilər işğal etdikləri ərazilərdə qanunsuz qazıntılar apararaq tapılan hər bir tunc fiquru və ya saxsı qabı “erməni izi” kimi qələmə verirlər ki, özlərini “qədim” olduqlarını savadsız kütləyə göstərə bilsinlər. Halbuki ciddi alimlər və tədqiqatçılar bilirlər ki, həmin fiqurlar o dövrdə yaşamış yerli xalqlara aiddir.
Minlərlə tunc kəmər, fiqur, silah və digər eksponatlar İrəvana daşındı. Orada isə bu əşyaların pasportları dəyişdirilərək “Ermənistan ərazisindən tapılmışdır” etiketi ilə dünya muzeylərinə və sərgilərinə çıxarıldı. Saxtakar ermənilər başa düşmürlər ki, bu etdikləri Haaqa Konvensiyasına görə hərbi cinayət sayılır.
Ermənilər özlərini “ağıllı” sayırlar, lakin başa düşə bilmirlər ki, peşəkar insanları, alimləri tədqiqatçıları aldada bilməzlər. Onlar sadəcə öz özlərini aldada bilərlər”.
O qeyd edib ki, bu proses sadəcə bir əşyanı götürmək deyil, “mədəni soyqırımı”dır.
“Bu gün dünyanın nüfuzlu alimləri, hətta erməni alimləri onların bu torpaqlara gəlmə olduqlarını yüzlərlə faktlarla sübut edirlər. Lakin Hindistanın Kəlküttə və Mədrəs ərazisinin sakinləri olan boşalar dünyanı aldatmaq üçün yerli, qədim bir mədəniyyət obrazı yaratmağa cəhd edirlər ki, bunun də bir istiqaməti Qarabağdan tapılan nadir arxeoloji eksponatları oğurlamaqdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Vural










