Ermənistan Azərbaycana bu məhsulları ixrac edə bilər
Ermənistandan Azərbaycana ixracın mümkün olduğu bildirilib.
ERAmedia xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan açıqlama verib.
Nazir qeyd edib ki, təkcə idxal deyil, ixrac da mümkündür.
“Gözləyin, hər şey mümkündür. Gürcüstan Dəmir Yollarından kifayət qədər rəqabətqabiliyyətli qiymət almışıq, buna görə də imkanlar çoxdur. Düşünürəm ki, yaxın zamanda gürcü və azərbaycanlı tərəflər növbəti uğurlu razılaşma barədə elan edəcəklər və biz də bunu təsdiqləyəcəyik”, – nazir bildirib.
Ermənistanın Azərbaycana hansı məhsulları təklif edə biləcəyi ilə bağlı sualı cavablandıran Papoyan bildirib ki, məhsulların siyahısı var.
“Alüminium, heyvandarlıq məhsulları, meyvə və tərəvəz, bəzi növ içkilər, müxtəlif növ tekstil məhsulları. Yəni iş aparılır, hazırda danışıqlar gedir”, – deyə o əlavə edib.
Əli Fərhad









