media-wijdlbvxbyslr0ab1lcyg8ivufiwnikdfsv4vogd_825
media-bant_master

Ermənistan hökuməti Rusiyadan buğda daşıyan qatarın Azərbaycan ərazisindən keçməsində rəsmi Bakının göstərdiyi səyləri yüksək qiymətləndirib.

Bu barədə Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan “Armenpress”ə bildirib.

O qeyd edib ki, yaxın zamanda qatar Ermənistana çatacaq.

“Hazırda qatar Gürcüstan ərazisinə daxil olur və tezliklə Ermənistana çatacaq. Bu fürsətdən istifadə edərək, azərbaycanlı və rusiyalı həmkarlarımın bu istiqamətdə gördüyü işi yüksək qiymətləndirdiyimi qeyd etmək istərdim. Bu hadisə qarşılıqlı etimadın gücləndirilməsi və sülh gündəliyinin irəlilədilməsi üçün böyük əhəmiyyət kəsb edir”, – M.Qriqoryan bildirib.


media-adspc

Bənzər xəbərlər