media-samvel-karapetyan-pashnyan
media-bant_master

media-media-586558143_25741927448747956_210003658585365986_n-ha1rtb

Rusiyalı miyarder, özünü Robert Koçaryan və Serjik Sarkisyan tandeminin “katolikosu” səviyyəsinə endirən Kitriç Nersisyanın müdafiəçisi rolunda “əzabkeş” kimi təqdim edən Samvel Karapetyan həbsxanadan Nikol Paşinyanın “ifşa olunmasını” davam etdirməkdədir.

ERAmedia-ya danışan Regional təhlükəsizlik məsələləri ürə ekspert Firuz Novruzov hesab edir ki, Ermənistanda rəsmən start verilməyən seçki kampaniysı keçən həftə Bakıdan Ermənistana göndərilən benzin çənləri fonunda bu ölkə müxalifəti üçün fürsətə çevrilib. O müxalifətin bir qolu, Samvel Karapetyanın maliyyələşdirdiyi, “xalq hərəkatının” təmsilçisi olaraq təqdim edilən “Bizim Yolumuz”un  koordinatoru, Samvel Karapetyanın qardaşoğlusu Narek Karapetyan bu dəfə “jurnalistlərin xahişi ilə” danışıb. O, hökumətin Azərbaycandan benzin idxalı barədə verdiyi məlumatın “iqtisadi cəhətdən faydalı” olduğunu inkar edir, əslində, bu faktın “Azərbaycan ordusunu maliyyələşdirməyə xidmət etdiyini” əsaslandırmağa çalışır: “Mediada yayılan məlumatlara görə, Azərbaycana 1,5 milyon dollar dəyərində benzin idxal edilib. Yəni, bu məbləğin təxminən 250.000-300.000 dolları vergi şəklində Azərbaycana gedib. Hərbi xərclər Azərbaycanın dövlət xərclərinin 30-40 faizini və ya bir qədər az hissəsini təşkil edir. Buna görə də, mənim hesablamalarıma görə, 1,5 milyon dollar dəyərində benzin idxal etməklə, Azərbaycan ordusunu təxminən 80.000-100.000 dollar maliyyələşdirdik”.

Karapetyanın bu fikirləri artıq tarixə dönməkdə olan qanlı keçmişə qayıtmaq çağırışıdır və bugünkü Ermənistan cəmiyyətində o çağırışlarla aldanıldıqlarını dərk edən insanlar üçün qətiyyən aktual deyil.

Əlihüseyn Salam


media-adspc

Bənzər xəbərlər