Ermənistan Prezidenti: ”Bu, an məsələsidir”
Ermənistan Respublikasının Prezidenti Vaahn Xaçaturyan hesab edir ki, Ermənistan və Azərbaycan arasında qəti sülhə nail olmaq üçün iki ölkə və xalq arasında qarşılıqlı etimad mühitinin yaradılması vacibdir. Prezident hesab edir ki, bu, an məsələsidir.
ERAmedia bildirir ki, “Armenpress”in məlumatına görə, prezident bu fikrləri Tavuş marzının Kirants kəndində jurnalistlərə verdiyi müsahibədə Ermənistan və Azərbaycan arasında sülh prosesinin dönməz hala gəlməsi üçün hansı mərhələyə çatmalı olduqları barədə suala cavabında bildirib.
“Sülh iki ölkə və xalqlar arasında qarşılıqlı etimad bərpa edildikdə gələcək; bu, zaman məsələsidir. Siyasi liderlər olaraq biz buna nail olmaq üçün siyasi prosesləri və hüquqi çərçivənin təminatında səmimi olmalıyıq”- deyə, Vaahn Xaçaturyan əlavə edib.
Prezidentin sözlərinə görə, ikitərəfli hüquqi proses artıq qurulub, çünki hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıb və bu prosesin tamamlanması hər iki ölkə xalqları öz daxilində mövcud olan çətinliklərin öhdəsindən gələ biləcəkləri an olacaq: “Bunun nə vaxt baş verəcəyini heç kim deyə bilməz. Əlbəttə ki, biz bunun mümkün qədər tez baş verməsini istərdik, amma hər iki ölkənin hakimiyyəti sadəcə əlverişli şərait, mümkün qədər çox əlaqə imkanları yaratmalı və bir ölkədə narazılığın yarana biləcəyindən qorxmamalıdır. Etiraf edirəm ki, bunun reallığa çevrilmə ehtimalı yüksəkdir”.
Onun sözlərinə görə, ikitərəfli hüquqi proses artıq qurulub, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanıyıb, bu prosesin son tamamlanması hər iki ölkənin vətəndaşları və xalqları öz daxilində mövcud olan çətinliklərin öhdəsindən gələ biləcəkləri an olacaq: “Bunun nə vaxt baş verəcəyini heç kim deyə bilməz. Əlbəttə ki, biz bunun mümkün qədər tez baş verməsini istərdik, amma hər iki ölkənin hakimiyyəti sadəcə əlverişli şərait, mümkün qədər çox əlaqə imkanları yaratmalı və bir ölkədə narazılığın yarana biləcəyindən qorxmamalıdır. Etiraf edirəm ki, bunun reallığa çevrilmə ehtimalı yüksəkdir”.
Ural Dəyirmançı










