Ermənistan sürətlə mövqeyini dəyişir və siyasi xəttini Azərbaycanla uyğunlaşdırır - AÇIQLAMA
Ermənistan sürətlə mövqeyini dəyişir və siyasi xəttini Azərbaycanla uyğunlaşdırır. Bu mənada beş il ərzində çox şey dəyişdi. Azərbaycan Prezidenti regionda müharibə və münaqişə bitib, artıq sülh vaxtıdır deyəndə, İrəvanda revanşdan danışırdılar.
Bu barədə ERAmedia – ya danışan Siyasi şərhçi Araz Xan bildirib ki, ilk sülh şərtlərini Prezident İlham Əliyev səsləndirəndə Ermənistan rəsmiləri bir ağızdan buna etiraz edirdilər: “Zamanla bu yanaşma dəyişdi və Azərbaycanın təkliflərinin Ermənistan üçün də məqbul olduğunu etiraf etdilər. Daha bir mövqe dəyişikliyini Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələrdə gördük. Əvvəlcə İrəvanda istər hakimiyyət nümayəndələri, istərsə də müxalifət bunu Ermənistanın “qırmızı xəttlərinin” keçilməsi kimi dəyərləndirirdi. Hətta bir ağızdan deyirdilər ki, bu layihənin reallaşmasına imkan verməyəcəklər. İndi isə baxırsan ki, Paşinyan bütün çıxışlarında Ermənistanın gələcəyinin məhz dəhlizlərin açılmasına bağlı olduğunu deyir.
Araz Xanın sözlərinə görə, elə bu günlərdə açıqlama verən Paşinyan deyib ki, Ermənistan üçün əsas təhlükəsizlik zəmanəti dəhlizlərdir. O fikirini belə əsaslandırıb ki, böyük dövlətlər beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyi ölkələrdə sülh və sabitlikdə maraqlı olur.
Bəli, Ermənistan rəhbərliyi əvvəllər olduğu kimi təlükəsizlik zəmanətini kənarda axtarmaqdan əl çəkib. Artıq anlayıb ki, ən böyük təlükəsizlik zəmanəti sülh və əməkdaşlıqdır deyə Siyasi şərhçi əlavə edib.
Mələk Onur









