media-b002c2b8e2601935096487ba16fa576c

media-586558143_25741927448747956_210003658585365986_n

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya sonuncu rəsmi səfərindən sonra bu ölkə vətəndaşlarına xəbərdarlıq edib.

Onun bildirdiyənə görə, Ermənistan Avropa Birliyinə tərəf gedəcəyi təqdirdə, ilk olaraq Rusiya ilə hava nəqliyyatı əlaqəsini itirəcək.

ERAmedia-ya məsələni şərh edən Regional təhlükəsizlik məsələləri üzrə ekspert Firuz Novruzov hesab edir ki, Rusiyanın I Kanalına müsahibəsində Baş nazir müavini bu fikri səslənirməklə Ermənistan iqtidarınını şantaj edir.

Ekspert hesab edir ki, Moskva görüşündə Baş nazir Paşinyanın AB-yə inteqrasiyanın onun komandasının deyil, ölkə seçicilərinin seçimi olduğunu prezident Putinə belə xatırlamışdı: ”Tamamilə demokratik idarəetmənin bərqərar olduğu Ermənistanda strateji seçimləri ölkə vətəndaşları edir”.

Bunun cavabında Vladimir Putinin “Ermənistan iqtisadiyyatının ciddi imtahan qarşısında qalacağını” bildirməklə o şantaja start verdiyini xatırladan ekspert, Rusiya prezidentinin belə olacağı təqdirdə Ermənistanın Rusiya qazını 600 dollara alacağını, energetika sahəsində “xoşa gəlməyən” problemlərlə üzləşəcəyini deməsi iki ölkə arasında “müharibə vəziyyətinə yaxın gərginlik” yaşanacağına əminliyini bildirdi.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər