media-videoedited
media-xq4taxgiq2tzhoirsxalsoxftyvhrntokeg01szv_1200
media-shehidler_olmez_baner_full

Ermənistan parlament komissiyasının 44 günlük müharibənin səbəb və hallarını araşdıran hesabatı arxivə göndərilib.

ERAmedia-nın məlumatına görə, bu barədə parlament sədrinin mətbuat katibi Movses Arutyunyan xəbər verib. Onun sözlərinə görə, sənədi plenar iclasların gündəliyinə daxil etmək müddət uyğunsuzluğu səbəbindən hüquqi cəhətdən mümkün olmayıb.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan da sözügedən hesabatı Milli Assambleyada sessiyanın gündəliyinə salmaqdan imtina edib. O izah edib ki, komissiyanın işinin nəticələrinin dərci üçün qanunla nəzərdə tutulan bütün müddətlər keçib və Milli Assambleyanın reqlamentinə görə, onun sənədi sessiyanın gündəliyinə daxil etmək hüququ yoxdur.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər